2020 və 2021-ci illərdə qlobal iqtisadiyyatın vəziyyəti necə olacaq?

Beynəlxalq Maliyyə Fondunun (İMF) sədri Kristalina Georgiyeva mövzu ilə bağlı deyib...

1385913
2020 və 2021-ci illərdə qlobal iqtisadiyyatın vəziyyəti necə olacaq?

 

  Beynəlxalq Maliyyə Fondunun (İMF) sədri Kristalina Georgiyeva "İqtisadi daralmanın dərinliyi və yığışmanın sürəti korona virusunun (Covid-19) idarə altına alınma sürətinə və pul ilə maliyyə siyasəti hərəkətlərimizin nə qədər güclü və koordinasiyalı olmasına bağlıdır" dedi.

  Bu sözləri o, “Covid-19” pandemiyası ilə bağlı virtual mühitdə reallaşan G-20 Liderlər Zirvə Toplantısında çıxışı zamanı söyləyib. K.Georgiyeva bildirib: “Qlobal iqtisadiyyatın bu il kiçilmə göstəricisinin 2021-ci ildə yığışması gözlənilir. İqtisadi daralmanın dərinliyi və yığışmanın sürəti epidemiyanın idarə altına alınma sürətinə və pul ilə maliyyə siyasəti hərəkətlərimizin nə qədər güclü və koordinasiyalı olmasına bağlıdır. Böhranın yükünü aşmaq və böyüməyin yenidən təmin edilməsinə yardım ola bilmək üçün inkişaf etməkdə olan iqtisadiyyatları dəstəkləmək əhəmiyyətlidir. Aşağı gəlirli ölkələr böhrana yüksək borc yüküylə girir. Sözügedən çətinliklərə qarşı bir olmalıyıq”.



Әlaqәli Xәbәrlәr