"787 Dreamliner" təyyarələrinin qüsurlu istehsal edildiyi iddia edildi

ABŞ-ın təyyarə istehsalı şirkəti "Boeing"in "787 Dreamliner" təyyarələrinin qüsurlu istehsal edildiyi iddia edildi.

1187197
"787 Dreamliner" təyyarələrinin qüsurlu istehsal edildiyi iddia edildi

ABŞ-ın təyyarə istehsalı şirkəti "Boeing"in "787 Dreamliner" təyyarələrinin qüsurlu istehsal edildiyi iddia edildi.

 "New York Times"qəzetində "Boeing"in "787 Dreamliner" təyyarələri barədə xəbər dərc olundu.

 Xəbərdə ABŞ-ın təyyarə istehsal edən "Boeing" şirkətinin "787 Dreamliner" təyyarələrinin "təhlükəsizliyi təhlükəyə atacaq şəkildə xətalı" və "gəlişigözəl" şəkildə istehsal edildiyi iddia edilir.

 Təyyarənin istehsal edildiyi zavodda istehsal keyfiyyətindən daha çox istehsal tempinə əhəmiyyət verildiyi irəli sürülür.

 "787 Dreamliner" təyyarələrinin istehsal edildiyi "Noth Charleston" zavodundakı təhlükəsizlik problemlərinin hava yolları və nizamlayıcıların diqqətini çəkdiyi ifadə edilən xəbərdə Qətər Hava Yollarının istehsaldakı çətinliklər səbəbindən ortaya çıxan keyfiyyət problemləri və təyyarələrin təhvilindəki gecikmələrdən sonra zavoddan təyyarə alımını dayandırdığı bildirilir.

 Xəbərdə  "Boeing" ticari təyyarələr bölümünün rəhbəri  Kevin Makallisterin (Kevin Mcallister) də açıqlamalarına yer verilir. Makallister  Cənubi Karolina ştatındakı zavodda tarixdəki ən yüksək keyfiyyətli istehsalın həyata keçirildiyini və işçilərin gördükləri işin keyfiyyətinin arxasında durduqlarını söyləyir.

 Digər tərəfdən xəbərdə "787 Dreamliner" təyyarəsinin istehsal edildiyi Cənubi Karolinadakı zavodda ortaya çıxan çətinliklərin böyük təhlükəsizlik problemi yaratdığına dair bir dəlil olmadığına və təyyarə qəzasının baş vermədiyinə diqqət çəkilir.

 Xatırladaq ki,"Boeing 737 Max 8" tipli təyyarələrin son 6 ayda iki dəfə qəzaya uğraması təyyarələrin təhlükəsizliyi ilə bağlı mübahisələrə səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr