ABŞ-ın Ticarət naziri Türkiyə ilə ticarət əlaqələri barədə açıqlama verib

Nazir Ros Xarici İqtisadi Əlaqələr Şurası Türkiyə-ABŞ İş Şurası ilə ABŞ Ticarət Palatası tərəfindən təşkil edilən iclasda çıxış edib.

1495794
ABŞ-ın Ticarət naziri Türkiyə ilə ticarət əlaqələri barədə açıqlama verib

"Prezident Donald Trump və Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin inkişafı barədə fikirlərini bölüşürlər və ölkələrimiz ticarət həcmini 100 milyard dollara çatdırmaq hədəfi üçün çalışırlar". 
Bunu ABŞ -ın Ticarət naziri Vilbur Ros deyib.
Ros ABŞ-ın Türkiyəyə etdiyi mayeləşdirilmiş təbii qaz (LNG) ixracında iki ölkənin 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatılmasında "əsas rol" oynaya biləcəyini  ifadə edib.
Ros Xarici İqtisadi Əlaqələr Şurası Türkiyə-ABŞ İş Şurası ilə ABŞ Ticarət Palatası tərəfindən təşkil edilən 38-ci Türk-Amerikan Konfransına videokonfransa qatılıb.
Amerikalı nazir etdiyi çıxışda min 700 Amerikan şirkətinin Türkiyədə fəaliyyət göstərdiyini bildirərək, bunların 60-nın regional mərkəzlərinin Türkiyədə olduğunu qeyd edib. Amerikan şirkətlərinin 78 min Türk işçini işlə təmin etdiyinə diqqət çəkən Ros ABŞ-ın Türkiyədən idxalının bir əvvəlki ilə müqayisədə 3 faiz artımla 10,6 milyard dollara çıxdığını söyləyib.
Nazir Ros "Gələcək illərdə həm iqtisadi, həm də ticarət əlaqələrimizi gücləndirməyi gözləyirik" deyib.



Әlaqәli Xәbәrlәr