Albayraq Türkiyənin çox əhəmiyyətli irəliləyiş nümayiş etdirdiyini bildirdi

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq Türkiyənin müsbət  böyümə ilə üçüncü rübdə çox əhəmiyyətli bir irəliləyiş nümayiş etdirdiyini bildirdi.

1104812
Albayraq Türkiyənin çox əhəmiyyətli irəliləyiş nümayiş etdirdiyini bildirdi

 Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq paytaxt Ankarada İslahat Qrupunun 5-ci toplantısında iştirak etdi.
 
 Toplantıda çıxış edən Albayraq Türkiyə iqtisadiyyatının 2018-ci ilin üçüncü rübündə 1,6 faiz böyüdüyünü bildirdi, oktyabr ayından etibarən 2 ay ərzində daha güclü bir şəkildə, rekord səviyyədə 2,77 milyard dollarlıq cari həddlə  iqtisadi siyasətlərinin sağlam şəkildə tətbiq olunduğunu söylədi.
 
 İqtisadiyyatda tarazlama prosesinin çox daha yaxşı bir səviyyəyə  çatdığını qeyd edən  Albayraq Türkiyənin konstruktiv və pozitiv addımlarının qətiyyətli  bir şəkildə davam edəcəyini vurğuladı.
 
 Albayraq üçüncü Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısının fevral ayında keçiriləcəyi barəsində məlumat verdi.



Әlaqәli Xәbәrlәr