Ankarada Kızılcahamam-Çerkeş tunelinin açılışı oldu

Ankaranın Kızılcahamam qəsəbəsini Çankırının Çerkeş qəsəbəsinə bağlayan Kızılcahamam-Çerkeş Tuneli və əlaqədar yolların açılmasıyla tunel hissəsində müddət 15-dən 3 dəqiqəyə enəcək

1591987
Ankarada Kızılcahamam-Çerkeş tunelinin açılışı oldu
Ankara Kızılcahamam-Çerkeş Tuneli.jpg
Ankara Kızılcahamam-Çerkeş Tuneli_02.jpg
Ankara Kızılcahamam-Çerkeş Tuneli_03.jpg
Ankara Kızılcahamam-Çerkeş Tuneli_açılışı.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Ölkəmizin bütövlüyü, millətimizin birliyi, dövlətimizin möhkəmliyi naminə həyatımızı ortaya qoyuruq", - deyə vurğuladı.

  Ankarada Kızılcahamam-Çerkeş Tunelinin açılış mərasiminə video-konfrans yoluyla qatılan Ərdoğan çıxışında deyib: "Son 18 ildə ölkədə qurusundan havasına, dəmirindən dənizinə qədər bütün nəqliyyat xətlərində sanki bir səfərbərlik başlamışıq.

  Hava limanlarımızdan sürətli qatarlarına qədər bütün nəqliyyat vasitələrinin uğuru quru yolu şəbəkəmizi genişləndirməyin nəticəsidir. Bu xətlərin hamısı bir-birini tamamlayır, həm insanların rifahı, həm iqtisadi infrastruktur baxımından gələcəyimizə çox daha etibar bəxş edir.

  Biz sərmayələrimizi planlayarkən və icra edərkən yalnız və yalnız xalqımıza baxdıq. Xalqın ehtiyaclarına, nə istədiyinə, nəyə layiq olduğuna baxaraq ölkəmizə bir-bir əsərlər qazandırırıq.

  Kızılcahamam-Çerkeş tuneli layihəsi mövcud yolu 2,4 kilometr qısaldaraq vaxta və maye yanacağa ildə təxminən 7,5 milyon lira qənaət təmin edəcək."

  Qeyd edək ki, mərasimdə çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Ankaranın Kızılcahamam qəsəbəsini Çankırının Çerkeş qəsəbəsinə bağlayan Kızılcahamam-Çerkeş Tuneli və əlaqədar yolların açılmasıyla tunel hissəsində müddətin 15-dən 3 dəqiqəyə enəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr