Avropa fond bazarlarının əsas indeks göstəriciləri enib

Avropa fond bazarlarında sentyabrın 21-də FTSE 100 indeksi 3,38% – 5,804.29 bəndədək enib.

1494927
Avropa fond bazarlarının əsas indeks göstəriciləri enib

Avropa fond bazarlar yeni növ koronavirus (Covid-19) və banklarla bağlı "şübhəli əməliyyatlar" barədəki xəbərlərdən sonra həftənin ilk əməliyyat gününü kəskin azalma ilə başa vurdu.

Avropa fond bazarlarında sentyabrın 21-də FTSE 100 indeksi 3,38% – 5,804.29 bəndədək, Almaniya DAX-ı 4,37% – 12,542.44 bəndədək, Fransa CAC-40 indeksi isə 3,74% – 4,792.04 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti dəyişməyərək 1 936 dollar səviyyəsində qalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,62% azalaraq 1,1771 dollar təşkil edib.

 



Әlaqәli Xәbәrlәr