Avropa İttifaqı ölkələri transsərhəd enerji layihələrinin dəstəklənməsini təsdiqlədi

Avropa Şurası üzv dövlətlərin enerji infrastrukturlarını modernləşdirmək və əlaqələndirmək məqsədi daşıyan Trans-Avropa Enerji Şəbəkəsinin (TEN-E) tənzimləmə yeniləməsinin qəbul edildiyini bildirib

1827847
Avropa İttifaqı ölkələri transsərhəd enerji layihələrinin dəstəklənməsini təsdiqlədi

 

  Avropa İttifaqına (Aİ) üzv dövlətlər iqlim və ətraf mühit hədəflərinə uyğun olaraq transsərhəd enerji layihələrinin dəstəklənməsini təsdiqlədilər.

  Avropa Şurası üzv dövlətlərin enerji infrastrukturlarını modernləşdirmək və əlaqələndirmək məqsədi daşıyan Trans-Avropa Enerji Şəbəkəsinin (TEN-E) tənzimləmə yeniləməsinin qəbul edildiyini bildirib. Yeni qaydalara əsasən,

* Aİ enerji sahəsində ümumi maraq kəsb edən, iqlim və Avropa Yaşıl Sazişinin hədəflərinə uyğun gələcək transsərhəd layihələrini dəstəkləyəcək,

* bütün enerji layihələrinə məcburi davamlılıq meyarları qoyulacaq,

* yeni təbii qaz və neft layihələrinə maliyyə dəstəyi verilməyəcək,

* Aİ öz məqsədlərinə cavab verən enerji layihələrinin icazə və prosedurlarını sadələşdirəcək və sürətləndirəcək,

* bərpa olunan mənbələrdən enerjiyə üstünlük veriləcək,

* investisiyalar enerji səmərəliliyini, rəqabət qabiliyyətini və təchizat təhlükəsizliyini artıran yaşıl və iqlimə uyğun ərazilərə köçürüləcək.

* hidrogen infrastrukturunun inkişafı, karbonun tutulması və saxlanması ilə bağlı layihələrin maliyyələşdirilməsi təmin ediləcək.

  Bu düzəlişlər Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

  Qeyd edək ki, TEN-E çərçivəsində 2013-cü ildən bu yana bir çox ölkəni əhatə edən təbii qaz boru xətti kimi layihələr ortaq fayda verdiyi üçün Aİ-nin maliyyə dəstəklərindən istifadə edirdi.  



Әlaqәli Xәbәrlәr