Avropa İttifaqı və ortaq borc sistemi

Avropa İttifaqı (Aİ) ölkələrinin başçıları yeni tip korona virusuna (Covid-19) qarşı iqtisadi qurtarma paketini müzakirə etmək üçün bir araya gəlib

1404113
Avropa İttifaqı və ortaq borc sistemi

 

  Avropa İttifaqı (Aİ) ölkələrinin başçıları yeni tip korona virusuna (Covid-19) qarşı iqtisadi qurtarma paketini müzakirə etmək üçün bir araya gəlib.

  Video-konfrans yoluyla təşkil edilən Aİ Zirvə Toplantısı 27 üzv ölkənin dövlət və hökumət başçılarının iştirakıyla Belçikanın paytaxtı Brüsseldə reallaşdırılıb. Ölkə rəhbərləri “Covid-19”un səbəb olduğu iqtisadi durğunluqdan çıxmaq üçün ortaq strategiya təyin etməyə çalışıblar. Amma epidemiyanın iqtisadi təsirlərinə qarşı qurtarma proqramının müzakirəsi zamanı Avropa İttifaqı ölkələri arasında dərin fikir ayrılığı diqqət çəkir. Xüsusilə İtaliya, İspaniya və Fransanın da aralarında olduğu ölkələr böhranın iqtisadi təsirlərinə qarşı “ortaq Aİ siyasəti” müəyyən olunmasını tələb edir və “Covid-19”un vurduğu iqtisadi ziyanı aradan qaldırmaq üçün uzun vədəli maliyyə planı fikirini yürüdürlər. Almaniya, Hollandiya, Finlandiya və Avstriya isə “ortaq borc sistemi”nə sərt şəkildə qarşı çıxır.



Әlaqәli Xәbәrlәr