Avtomobil satışları bütün zamanların mart ayı rekordunu qırdı

Türkiyedə avtomobil satışları bütün zamanların mart ayı rekordunu qırdı.

2123686
Avtomobil satışları bütün zamanların mart ayı rekordunu qırdı

Türkiyedə avtomobil satışları bütün zamanların mart ayı rekordunu qırdı.

Ötən ay avtomobil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 87 min 71 ədəd olub.

Kommersiya məqsədli avtomobil bazarı isə 7,9 faiz azalaraq 22 min 757 ədədə enib. Avtomobil və kommersiya məqsədli nəqliyyat vasitələri bazarı mart ayında ortalama 10 illik satışlara görə 50,9 faiz böyüyüb.

Ümumilikdə isə birinci rübdə 233 min 389 ədəd avtomobil satılıb ki, bu, 33,05 faiz artım deməkdir. Kommersiya məqsədli nəqliyyat vasitələri bazarında isə 62 min 130 ədəd avtomobil satılıb ki, burada da 2,6 faiz artım qeydə alınıb.

İlin ilk 3 ayında seqmentlər üzrə bazarın 88,6 faizini vergi dərəcələri aşağı olan A, B və C seqmentlərindəki nəqliyyat vasitələri təşkil edib. C seqmentli avtomobillər 133 min 712 ədədlə 57,3 faiz, B seqmentli avtomobillər isə 71 min 917 ədədlə 30,8 faiz paya malik olub.

Bundan başqa, ban tiplərinə görə qiymətləndirildikdə ən çox seçilən SUV avtomobillər olub. Belə ki, SUV avtomobillərin satışı 51,7 faiz artımla 120 min 699 ədəd təşkil edib.

Cari ildə həmçinin avtomobil satışının 28,5 faizi və 66 min 451 ədədini sedan, 18,1 faizi və 42 min 145 ədədini H/B avtomobilləri təşkil edib.

Yanvar-mart aylarında satılan avtomobillərin 67 faizini benzinlə, 14,2 faizini hibridlə, 10,8 faizini dizellə, 7,1 faizini elektriklə, 0,9 faizini isə avtoqazla işləyən avtomobillər təşkil edib.



Әlaqәli Xәbәrlәr