Azərbaycandan Türkiyəyə gələn turist sayı

2019-cu ilin avqust ayında Azərbaycandan Türkiyəyə 150,8 min turist gəlib.

1279184
Azərbaycandan Türkiyəyə gələn turist sayı
Azerbaycan_turist.-6jpg.jpg
Azerbaycan_turist.-4jpg.jpg

2019-cu ilin avqust ayında Azərbaycandan Türkiyəyə 150,8 min turist səfər edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,36 faiz çoxdur.

Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 2,39 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 630,6 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 6,44 faiz çoxdur.

Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,03 faiz təşkil edib.

Ümumilikdə isə bu ilin avqust ayında Türkiyəyə 6,307 milyon turist səfər edib. Bu rəqəm ötən ilin avqust ayı ilə müqayisədə 17,17 faiz çoxdur.

Avqust ayında Antalyaya 2,4 milyon, İstanbula isə 1,5 milyon turist gəlib.

2019-cu ilin yanvar-avqust aylarında Türkiyəyə ümumilikdə 31 milyon turist səfər edib ki, bu rəqəm isə ötən ilin eyni dövrü üzrə göstəricidən 14,72 faiz çoxdur.



Әlaqәli Xәbәrlәr