Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb

Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 14,3 milyard dollar təşkil edib ki, bunlardan 12,8 milyard dolları neft sektoruna, 1,5 milyard dolları qeyri-neft sektoruna yerləşdirilib.

1104913

Bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiyaları 11,8 milyard dollar, o cümlədən neft sektoruna 9,1 milyard dollara bərabər olub.

Son illər ölkədə keçirilmiş islahatlardan danışan Y.Abdullayev qeyd edib ki, bu islahatlar sayəsində istehsalat və qeyri-neft məhsullarının ixracı artıb:

“Dövlət sahibkarlara sərgilərdə iştiraka kömək etməklə, güzəştlər təqdim etməklə, ticarət evləri açmaqla və digər tədbirlər keçirməklə dəstək göstərir”.

Mənbə:az.trend.az

Әlaqәli Xәbәrlәr