“Bayraktar TB2”nin Ukraynaya ixracatı ilə bağlı son müqavilə imzalandı

“Baykar”ın “twitter”dən türk və Ukrayna dillərində verilən məlumatına görə...

1303313
“Bayraktar TB2”nin Ukraynaya ixracatı ilə bağlı son müqavilə imzalandı

 

  Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar TB2” silahlı pilotsuz uçan aparatların (PUA) Ukraynaya ixracatı ilə bağlı son qəbul razılaşması imzalandı.

  “Baykar”ın “twitter”dən türk və Ukrayna dillərində verilən məlumatda yazılır:

  "Ukraynaya ixrac edilən “Bayraktar TB2” PUA-ların qəbul testləri uğurla başa çatdı. Bundan sonra son qəbul razılaşması “Baykar”, Ukrayna Müdafiə Nazirliyi və Ukraynanın “Ukrspecexport” dövlət silah ticarət şirkəti səlahiyyətliləri tərəfindən Kiyevdə imzalandı. Dost ölkə Ukrayna ilə əməkdaşlığımız artaraq davam edəcək".

  Qeyd edək ki, Ukrayna Hava Qüvvələri ehtiyaclarının qarşılanması məqsədiylə yanvar ayında “Baykar” şirkəti 6 “Bayraktar TB2”, 3 idarəetmə sistemi və əlaqədar komandaları əhatə edən müqavilə imzalayıb. Müxtəlif test və təlimlərdən sonra mart ayında sahədə atəş testləri ilə ilkin təslimat reallaşıb.



Әlaqәli Xәbәrlәr