"Böyük İyirmiliy"in ticarət nazirləri qlobal ticarət və sərmayələri müzakirə etdilər

G-20 qrupu koronavirus pandemiyasının qlobal ticarətə və sərmayələrə təsirini müzakirə edib

1389207
"Böyük İyirmiliy"in ticarət nazirləri qlobal ticarət və sərmayələri müzakirə etdilər

 

  G-20 qrupuna daxil olan ölkələrin ticarət nazirləri korona virusu pandemiyasının qlobal ticarətə və sərmayələrə təsirini video-konfrans vasitəsilə müzakirə ediblər.

  Səudiyyə Ərəbistanının sədrlik etdiyi video-konfransda G-20 qrupu çərçivəsində iki həftə ərzində yoxsul ölkələrə maliyyə yardımının göstərilməsinə dair Fəaliyyət Planı müzakirə olunub.

  Səudiyyə Ərəbistanının ticarət naziri Məcid ibn Abdulla əl-Qəsabi 2008-ci ilin maliyyə böhranından daha ağır olan indiki iqtisadi vəziyyət barədə təhlilləri təqdim edib. O vurğulayıb ki, pandemiyanın iqtisadiyyata mənfi təsirini azaltmaq və humanitar fəlakətin qarşısını almaq üçün qrupa daxil olan ölkələrin liderləri səviyyəsində qlobal ticarət və sərmayələr üzrə əlaqələndirməyə, həmçinin sıx əməkdaşlığa ehtiyac duyulur.

  Video-konfransda G-20 ölkələrinin maliyyə nazirləri, mərkəzi banklarının rəhbərləri Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Bankının inkişaf etməkdə olan ölkələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində görə biləcəyi tədbirləri müzakirə ediblər. Eyni zamanda, Böyük İyirmilik ölkələrinin 2008-ci ildəki maliyyə böhranından sonra yaradılmış Maliyyə Sabitliyi Şurası ilə birlikdə hərəkət etməsinin zəruriliyi vurğulanıb.

  İMF-nin icraçı direktoru Kristalina Georgiyeva G-20 ölkələrinin səylərini yüksək qiymətləndirərək dryib ki, gələn il üçün iqtisadiyyatın canlanması planı koronavirus pandemiyasının qarşısının alınması və qeyri-müəyyənliyin aradan qaldırılmasından asılıdır.

  G-20 ölkələrinin nazirləri öz bazarlarını açıq saxlamaq və zəruri tibbi ləvazimatın təchizatını təmin etmək barədə razılığa gəliblər. Onlar, həmçinin iqtisadi vəziyyətin monitorinqini aparmağı və görüləcək tədbirləri birgə müzakirə etməyi qərara alıblar.



Әlaqәli Xәbәrlәr