Britaniya daha 8 nüvə reaktorunun tikintisi üçün start götürdü

Dünyada enerji qiymətlərinin artması Böyük Britaniyaya da təsir edib

1827844
Britaniya daha 8 nüvə reaktorunun tikintisi üçün start götürdü

 

  Britaniya daha 8 nüvə reaktorunun tikintisinə başlayacaq.

  Dünyada enerji qiymətlərinin artması Böyük Britaniyaya da təsir edib. Hökumət təxminən 120 milyon funt-sterlinq yeni resurs ayırmaqla 10 il ərzində bir sıra layihələri həyata keçirməyi planlaşdırır. Bu çərçivədə hökumət enerji təchizatında nüvə stansiyalarına üstünlük verib və bu məqsədlə yeni planlaşdırma şöbəsi yaradılıb. “Great British Nuclear” adlı yeni şöbə ilə yeni layihələr həyata keçiriləcək.

  Qeyd edək ki, Britaniya hökuməti bundan əvvəl 8 nüvə reaktorunun tikintisinə başlayacağını bildirmişdi.

  Böyük Britaniyada elektrik enerjisinin 16 %-i 13 reaktordan əldə edilir. 2050-ci ilə qədər ölkənin elektrik enerjisinin 25 faizini nüvə enerjisindən təmin etmək planlaşdırılır.

  Enerji təchizatının şaxələndirilməsinin səbəbləri arasında enerji qiymətlərinin artması və Rusiyadan asılılığın azaldılması göstərilir.

  Britaniya ilin sonuna qədər Rusiya neftinin idxalını mərhələli şəkildə dayandıracağını açıqlayıb.



Әlaqәli Xәbәrlәr