BTC ilə keçən il nəql edilən xam neftin miqdarı 233 milyon 175 min barel olub

Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çatdıran Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin Ceyhandakı dəniz terminalından keçən il 233 milyon 175 min barel xam neft göndərilib.

1341375

“BOTAŞ” şirkətinin məlumatına görə, “Əsrin enerji layihəsi” kimi adlandırılan və rəsmi açılışı 13 iyul 2006-cı ildə reallaşan Bakı-TbilisCeyhan (BTC) boru kəmərinin son dayanacağı olan Adana şəhərinin Ceyhan qəsəbəsindəki Heydər Əliyev Dəniz terminalından indiyədək 3 milyard 300 milyon bareldən çox neft tankerlə dünya bazarına çatdırılıb.

Keçən il 233 milyon 175 min barel xam neft daşınan terminaldan aylara görə ən çox yüklənmə 22 milyon 149 min barel ilə may ayında reallaşıb.

Qeyd edək ki, Azərbaycanda istehsal olunan xam neft boru kəmərilə Gürcüstan üzərindən Ceyhandakı dəniz terminalına, ordan da tankerlərlə dünya bazarına çatdırılır.

1776 km uzunluğu olan və 1076 km Türkiyə ərazilərindən keçən xəttin Heydər Əliyev Dəniz terminalına çatan xam neft buradan BTC xəttinin Türkiyədəki hissəsini işlədən  “BOTAŞ International” tərəfindən tankərlərlə dünya bazarlarına ixrac edilir.

Әlaqәli Xәbәrlәr