"BTQ-nin imkanlarına ciddi tələbat yaranıb", A.Karaismailoğlu

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə əlavə 3500 ton tutum artımı təmin edəcək konteyner köçürmə sistemini quraraq işə saldıqlarını bildirib.

1416589
"BTQ-nin imkanlarına ciddi tələbat yaranıb", A.Karaismailoğlu
Bakü-Tiflis-Kars
Bakü-Tiflis Kars.jpg

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yeni növ koronavirus (Covid-19) pandemiyası tədbirləri çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə əlavə 3 min 500 ton tutum artımı təmin edəcək konteyner köçürmə sistemini quraraq işə saldıqlarını bildirib. 
Nazir yeni növ koronavirus (COVID-19) infeksiyasına nəzarət edilməsi məqsədilə əhəmiyyətli tədbirlər gördüklərini, həmin zamanda ticarətin davamı üçün də fəaliyyətlərin göstərildiyini deyib.
Dəmir yolu nəqliyyatına tələbatın yüksək təhlükəsizlik səbəbindən əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən Karaismailoğlu xüsusilə Orta Asiya ilə xarici ticarət nöqtəsində BTQ dəmir yolu xəttilə yük daşımalarına tələbatda ciddi artım olduğunu söyləyib.
Karaismailoğlu bu tələbatı ödəmək üçün gündəlik əlavə üç min 500 ton yük daşımaq üçün işlərə başlandığını da xatırladıb.
BTQ dəmir yolu xəttinin Avropa ilə Asiya arasında körpü olma xüsusiyyətini gücləndirdiyini vurğulayan Karaismailoğlu dəmir yolu xəttindən daşınan yüklərin getdikcə artdığını qeyd edib.
Dəmir yolu xəttinin Türkiyə ilə dost və qardaş ölkələr Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Rusiya və Çin arasındakı ticarətdə əhəmiyyətli rol üzrərinə götürdüyünü bildirən nazir Karaismayiloğlu "Bu xəttdən bu günə qədər 5 min 250 konteynerdə 240 min ton ixrac yük, 5 min 300 konteynerdə 280 min ton idxal yük və ya Avropaya tranzit yük daşınmışdır" deyib.



Әlaqәli Xәbәrlәr