BVF: "Misilsiz bir il"

Beynəlxalq Valyuta Fondu (BVF) 2020 maliyyə ilində 83 ölkəyə 165 milyard dollar maliyyə dəstəyi verib.

1529002
BVF:  "Misilsiz bir il"

Beynəlxalq Valyuta Fondu (BVF) 2020 maliyyə ilində 83 ölkəyə 165 milyard dollar maliyyə dəstəyi verib.
BVF 2020-ci il üçün İllik Hesabatını "Misilsiz bir il" başlığı ilə yayıb.
Hesabatda qlobal iqtisadiyyatın yeni növ koronavirus (Covid-19) epidemiyasının təsiri ilə dərin bir durğunluqla üzləşdiyi xatırladılıb.
İqtisadi  görünüş ilə əlaqədar bir qeyri-müəyyənliyin olduğu vurğulanan hesabatda iqtisadi durğunluq, işsizlik, iqlim dəyişikliyi, texnologiya və avtomatlaşdırma, rəqəmsal valyutaların yüksəlməsi, bərabərsizlik və borcların artması ilə dünyanın hər yerindən insanların həyatında dərin dəyişikliklərin yaşandığı ifadə edilib.
Hesabatda hökumətlərin epidemiyanın təsirlərinə qarşı iqtisadiyyatı dəstəkləmək üçün "cəsarətli" addımlar atdıqları və təxminən 12 trilyon dollar maliyyə və 7,5 trilyon dollar pul əməliyyatı həyata keçirildiyi qeyd edildi.
BVF-nin dünyanın üzləşdiyi böhrana qarşı həyata keçirdiyi tədbirlərə də toxunan hesabatda BVF-nin 2020 maliyyə ilində az gəlirli 49 ölkəyə 16,1 milyard dollar güzəştli maliyyə daxil olmaqla 83 ölkəyə 165 milyard dollar maliyyə dəstəyi verdiyi bildirilib.
Hesabatda 129 ölkənin iqtisadi nəzarətinin tamamlandığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr