BVF Türkiyə iqtisadiyyatına münasibət bildirib

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu il Türkiyə iqtisadiyyatında daralma tendensiya gözləmədiyini açıqladı.

1275234
BVF Türkiyə iqtisadiyyatına münasibət bildirib

BVF-nun açıqladığı hesabatda Türkiyə iqtisadiyyatının son illərdə güclü inkişafına toxunulub. Makroiqtisadi və struktur islahatlarının iqtisadi inkişafa dəstək verdiyi bildirilib. Türk lirəsinin dəyər qazandığına və cari hesab balansının yaxşılaşdığına diqqət çəkilib.

Məruzədə struktur islahatların daimi böyümə üçün uğurun və iqtisadiyyatın böhranlara qarşı gücünün artmasına töhvə verəcəyi, mövcud müsbət bazar əhval-ruhiyyəsinin islahatlar üçün imkan yaratdığı vurğulanıb.

Türk iqtisadiyyatının yenidən böyüməyə başladığı və bunun təşviqlərlə dəstəkləndiyi, güclü turizm mövsümü və idxalın azalmasının cari hesab balansında əlamətdar inkişafa töhfə verdiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr