Çay ixracında  rekord artım qeydə  alınıb

Türkiyənin Rizə şəhəri cari  ilin  yanvar-aprel dövründə çay ixracından 2 milyon 869 min 310 dollar gəlir əldə edib.

1828302
Çay ixracında  rekord artım qeydə  alınıb

Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin  vitse-prezidenti Əhməd Həmdi Gürdoğan, ilin 4 ayında Rizədən 19 ölkəyə çay ixrac edildiyinə  diqqət  çəkib  və  sözmövzusu dövrdə 1045 ton çay ixracından 2 milyon 869 min 310 dollar əldə edildiyini bildirib. Gürdoğanın  sözlərinə  görə  ən çox çay ixrac edilən  ölkələr  arasında  Belçika (1 milyon 660 min 323  dollarla)  ilk  sırada  iştirak  edib.  Bu  ölkəni   297 min 873  dollarla   Ukrayna və   152 min 978 dollar  ilə  də  ABŞ  izləyib. 

Türkiyədən  çay  satın  alan  ölkələrin  sayının  artdığını  deyən   Gürdoğan, 2022-ci ilin yanvar-aprel aylarında Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Seneqal, Özbəkistan, Moldova, Malta və Albaniyaya da  çay ixrac edildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr