Çin və Qazaxıstan “Bir kəmər, bir yol”un yeni dəhlizini qurur

Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə ...

2122629
Çin və Qazaxıstan “Bir kəmər, bir yol”un yeni dəhlizini qurur

 

  Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çin və Qazaxıstan Xarici İşlər Nazirləri Strateji Dialoqunun ilk iclası paytaxt Pekində keçirilib. İclasda çıxış edən Çinin xarici işlər naziri Vanq Yi iki ölkənin tarixi İpək Yolu marşrutu üzərində Şərq-Qərb ticarətini canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək deyib: “İki ölkə arasında əlaqələr son illər güclü inkişaf sürəti qazanıb, qonşu ölkələr arasında qarşılıqlı etimad, dəstək və həmrəyliyin yaxşı nümunəsinə çevrilib. Gəlin, birlikdə yüksək keyfiyyətli və möhkəm yeni əlaqə dəhlizi yaradaq”.

  Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu isə çıxışında bunları söyləyib: “Qazaxıstan Çinlə əlaqələri xarici siyasətində prioritet olaraq görür. Bu ölkə ilə hər zaman siyasi etimadı, xalqlar arasında qarşılıqlı əlaqəni və faydalı əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq və regional məsələlərdə sıx koordinasiyanı təmin etmək istəyirik".

  Çin və Qazaxıstan Xarici İşlər Nazirləri Strateji Dialoqunun paytaxt Pekində keçirilən ilk iclasında tərəflər “Bir kəmər, bir yol” əməkdaşlığı, yerli bölmələr və hüquqlar arasında qarşılıqlı əlaqələrin artırılması, xarici müdaxilə və sızma cəhdlərinə qarşı birgə mübarizə, təhlükəsizlik və əmniyyət sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, Çin-Mərkəzi Asiya dialoqu, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Etimad Tədbirləri Konfransı və Birləşmiş Millətlər Təşkilatı kimi məsələlərdə qarşılıqlı fəaliyyət planını müzakirə edib və əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

  Qeyd edək ki, Qazaxıstan Çinin Avrasiya ilə ticarəti üçün əsas dəhliz olan Mərkəzi Asiya ölkələri arasında mühüm mövqedədir.

  Çin prezidenti Si Cinpin ilk dəfə 2013-cü ildə Qazaxıstana səfəri zamanı “Bir kəmər, bir yol” təşəbbüsünü elan edib.



Әlaqәli Xәbәrlәr