"Danimarka icazə verməsə belə, inşaat davam edəcək", V.Zubkov

“Qazprom” idarə heyətinin sədri Viktor Zubkov Rusiya qazını Almaniyaya daşıyacaq “Şimal axını – 2” Təbii Qaz Boru Xətti inşaatının təxminən noyabrda tamamlanacağını açıqladı.

1280524

  Paytaxt Moskvada təşkil edilən Rusiya Enerji Həftəsi tədbirləri çərçivəsində “Şimal axını – 2” layihəsiylə əlaqədar jurnalistlərə məlumat verən V.Zubkov deyib:  

  “Danimarka layihənin öz torpaqlarından keçəcək qismi üçün icazə verməsə belə, bitərəf sularda inşaat davam edəcək.

  Layihənin inşaat təqviminə gəlincə, işlər təxminən 4-5 həftə içində tamamlana bilər. Amma dekabrın sonuna qədər vaxtımız olduğu üçün tələsmirik."

  Qeyd edək ki, ümumi xərcinin 10 milyard avro olduğu “Şimal axını – 2” layihəsi ildə 55 milyard kub metrlik Rusiya qazını Baltik dənizi üzərindən Almaniyaya göndərməyi planlanır.

  Amerika Birləşmiş Ştatları, Ukrayna, Polşa və Baltik ölkələrinin inşasına qarşı çıxdığı layihənin ortaqları “Qazprom”la yanaşı “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” şirkətləridir.

Әlaqәli Xәbәrlәr