Dronların hücumu Səudiyyə Ərəbistanında neft hasilatını yarıbayarı azaltdı

OPEC-in məlumatına görə...

1269542
Dronların hücumu Səudiyyə Ərəbistanında neft hasilatını yarıbayarı azaltdı

  Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb.

  Pilotsuz uçan aparatların “Saudi Aramco” şirkətinin neft obyektlərinə hücumu sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. OPEC-in məlumatına görə, 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft istehsal edilib.

  “Saudi Aramco” hücuma məruz qalmış müəssisələrdə yanğınlar olduğunu təsdiqləyib. Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpası istiqamətində işlər aparılır.

  Qeyd edək ki, sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş vermişdi. Yəmənin üsyançı husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirir.



Әlaqәli Xәbәrlәr