Dünya Bankı "Covid-19" infeksiyası ilə mübarizə çərçivəsində ölkələrə yardım edir

Dünya Bankı yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində inkişaf etməkdə olan 100 ölkəyə təcili durum dəstəyi təmin etdi.

1420159
Dünya Bankı "Covid-19" infeksiyası ilə mübarizə çərçivəsində ölkələrə yardım edir

Dünya Bankı yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində inkişaf etməkdə olan 100 ölkəyə təcili durum dəstəyi təmin etdi.
Bankın açıqlamasında ölkələrin iqtisadi baxımdan bərpa olmalarına yardım etmək və sağlamlıq sistemlərinin güclənməsinə kömək etmək üçün mart ayından bəridir rekord səviyyədə dəstək verildiyi bildirilib.
Dünya Bankının açıqlamasında "Covid-19" pandemiyasının tibbi, sosial və iqtisadi təsirlərinə qarşı inkişaf etməkdə olan ölkələrə dəstək olmaq məqsədilə 15 aylıq müddətdə 180 milyard dollarlıq vəsait təmin etməyi vəd etdiyi xatırladılaraq,  "Covid-19" ilə mübarizə aparmaq üçün təcili vəziyyət əməliyyatlarının dünya əhalisinin 70 faizinə ev sahibliyi edən, 100 inkişaf etməkdə olan ölkəyə çatdığı vurğulanıb.
Açıqlamada qiymətləndirmələrinin yer aldığı Dünya Bankının prezidenti David Malpass "Epidemiyalar və inkişaf etmiş ölkələrdə iqtisadi fəaliyyətin dayandırılması 60 milyon insanı həddindən artıq yoxsulluğa sövq edə və bu günə qədər yoxsulluğun azaldılması istiqamətində əldə olunan irəliləyişlərin çoxunu poza bilər" deyib.
Malpass qeyd edib ki, iqtisadi böyüməni bərpa etmək üçün sürətli və çevik addımlar atılması vacibdir.



Әlaqәli Xәbәrlәr