Fatih Dönməz: "Türkiyə qonşu ölkələrə elektrik enerjisi ixrac edən ölkə statusundadır"

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyənin qonşu ölkələrə elektrik enerjisi ixrac edən bir ölkə statusunda olduğunu bildirib.

1660820

Dönmez Sinop şəhərinin Gərzə rayonunda verdiyi açıqlamada Türkiyənin təmiz enerji qaynaqları baxımından Avropanın 5-ci ölkəsi olduğunu bildirib:

"İstehsal etdiyimiz elektrik enerjisinin demək olar ki, yarısını yenilənə bilən, təmiz enerji mənbələrindən, daxili mənbələrdən əldə edirik. Bir çox Avropa ölkəsindən daha çox inkişaf etmişik. Təmiz enerji mənbələri baxımından Avropanın 5-ci ölkəsiyik. Dünya isə 12. sıradayıq. Ölkəmizin daxili və bərpa olunan enerji mənbələri enerji qaynaqlarımızın intensivliyini artıraraq enerji idxalını azaltmağa doğru sürətlə irəliləyirik” deyib.

Әlaqәli Xәbәrlәr