G-20 Ölkələri Rəqəmsal İqtisadiyyat Nazirləri “Covid-19”a qarşı bir araya gəldi

Yeni növ korona virusuna (Covid-19) qarşı mübarizənin bir hissəsi olaraq Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank G-20 ölkələrini böhrandan çıxmaq üçün konstruktiv və səmərəli nəticə əldə olunacaq yol xəritəsi təqdim etməyə çağırdı

1409041
G-20 Ölkələri Rəqəmsal İqtisadiyyat Nazirləri “Covid-19”a qarşı bir araya gəldi
mustafa varank.jpg
mustafa varank-g20 videokonferans.jpg

 

  G-20 ölkələrinin Rəqəmsal İqtisadiyyat Nazirləri “Covid-19”a qarşı mübarizədə rəqəmsal iqtisadi siyasətin daha effektiv istifadəsini müzakirə etmək üçün videokonfrans yolu ilə bir araya gəldilər. Nazirlər internetə çıxışın artırılması, məlumat təhlükəsizliyinin təmin edilməsi, səhiyyə sektorunda rəqəmsal elmi-tədqiqat layihələrinin hazırlanması, tibbi avadanlıqların istehsalında rəqəmsal texnologiyalardan istifadə, habelə mikro və orta sahibkarlığın qlobal təchizat şəbəkələrində möhkəmliyinin artırılması mövzularını müzakirə ediblər.

  İclasdakı çıxışında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bu misli görünməmiş korona virusu epidemiyası dövründə qlobal əməkdaşlığın zəruriliyinə diqqət çəkərək deyib: “Dünyanı normal vəziyyətə gətirmək üçün birlikdə işləmək vacibdir. Bu böhrandan çıxmaq üçün konstruktiv və nəticə əldə ediləcək bir yol xəritəsi təqdim etməliyik. Məsuliyyətli və ya şəffaf olmayan ölkələr üçün beynəlxalq hesabat mexanizmi yaratmalıyıq... “Covid-19” ilə mübarizədə Türkiyə qlobal həmrəyliyin güclü dəstəkçisi kimi özünü göstərdi və 55 ölkəyə tibbi vəsait yardımı göndərdi. Yeni dərman və peyvəndlərin hazırlanması üçün elmi-tədqiqat layihələrini əlaqələndirmək məqsədilə “Covid-19” Texnologiya Platforması təşkil etdi”.



Әlaqәli Xәbәrlәr