"Hər mövzuda özümüzə güvənirik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə olaraq bu günə qədər mübarizəsiz heç nə əldə etmədiklərini vurğulayıb

1449339
"Hər mövzuda özümüzə güvənirik", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə olaraq bu günə qədər mübarizəsiz heç nə əldə etmədiklərini vurğulayıb.

  Türkiyə Enerji və Təbii Qaynaqlar Nazirliyi tərəfindən təşkil edilən Hidroelektrik İstehsal Mərkəzinin kütləvi açılış mərasiminə videokonfrans yoluyla qatılan R.T.Ərdoğan çıxışında deyib: “Stansiyalar Türkiyə üçün sanki sıçrama taxtalarıdır. Enerjisi olmayan ölkənin mədəni olması mümkün deyil. Türkiyə bu günə qədər heç nəyi mücadiləsiz əldə etmədi.

  Bütün dünya öz içinə qapandığı dövrdə sərmayəsi, istehsalı və məşğulluğu dəstəkləyərək sərgilədiyimiz müsbət işlərlə epidemiyaya təslim olmadığımızı göstəririk. Yeni tip korona virusu (Covid-19) epidemiyası dövründə sağlıq xidmətlərilə yanaşı hər sahədə sərmayələr qoyaraq işlərimizə davam edir, 2023 hədəflərimizə yaxınlaşırıq.  

  Özəl sektor təkcə mütəşəkkil sənaye bölgələrində son 6 ayda 10 milyard lirəlik sərmayə ilə 583 yeni fabriki tamamlayaraq istehsala keçirib.

  Avropa İttifaqının (Aİ) isə Türkiyəyə qarşı ikili standartı və niyyəti açıq-aşkar ortadadır.

  Sağlıqdan iqtisadiyyata, diplomatiyadan təhlükəsizliyə qədər hər mövzuda özümüzə güvənirik."



Әlaqәli Xәbәrlәr