İngilis turistlərin payız fəslində tətil seçimi Türkiyə oldu

Avropada "Covid-19" hadisəsindəki artım İngilis turistlərin payız tətil seçimlərinin Türkiyəyə yönəlməsinə səbəb oldu.

1497186
İngilis turistlərin payız fəslində tətil seçimi Türkiyə oldu

Türkiyə Otelçilər Federasiyası sədrinin müavini Mehmet İşlər Avropada "Covid-19" hadisəsindəki artımın İngilis turistlərin payız tətil seçimlərinin Türkiyəyə yönəlməsinə səbəb olduğunu bildirib. 
Mehmet İşler epidemiyadan təsirlənən sektorların başında yer alan turizmdə epidemiyaya baxmayaraq yerli və xarici qonaqların qəbul edildiyini, Aralıq dənizi və Egey sahillərində fəallığın payızda da davam etdiyini vurğulayıb.
Başda Rusiya olmaqla mövsümün müxtəlif ölkələrdən turistləri qonaq edən Türkiyədə sezonun son aylarının planlaşdırılandan daha yaxşı keçdiyini bildirən Mehmet İşler Türkiyənin bu il 16 milyon turist və 11 milyard dollar gəlir hədəfinin olduğunu, buna əmin addımlarla irəlilədiyini söyləyib.
Rusiyadan minlərlə turistin Antalyaya tətil üçün gəldiyini və gəlməyə davam edəcəyini bildirən İşler "Bu ilin supriz ölkələrindən biri İngiltərədir. İngilis turistlərin İspaniyaya böyük marağı vardı. İspaniya sərhədlərini bağladı. Sağlamlıq infrastrukturu və hökumətin qərarı ilə ciddi səhvlər etdilər. Xəstəliyin sayının artmasının qarşısını ala bilmədilər" deyib.
İspaniya, İtaliya, Xorvatiyaya gedə bilməyən turistlərin Yunanıstan və Türkiyəni müqayisə etdiyini dilə gətirərək, "Yunanıstanın yaxşı bir sağlamlıq infrastrukturunun olmaması və Türkiyənin bu sahədə yaxşı olması turistlərin seçimini buraya yönəltdi. Hazırda ingilislər İspaniyanın özünü bağlaması ilə üzünü Türkiyəyə tutdu" deyib.



Әlaqәli Xәbәrlәr