İngiltərənin Türkiyəyə marağı daha da artır

Türkiyədəki İngiltərə Ticarət Palatasının (BCCT) baş direktoru (CEO) Əmrah Öz sözügedən mövsu ilə bağlı danışıb

1592169
İngiltərənin Türkiyəyə marağı daha da artır

 

  Türkiyədəki İngiltərə Ticarət Palatasının (BCCT) baş direktoru (CEO) Əmrah Öz keyfiyyətli işçilik, savadlı mütəxəssislər və asan ticarət imkanlarının Türkiyəni daha cazibədar etdiyini vurğulayıb.

  Anadolu Agentliyinə (AA) müsahibəsində Ə.Öz bildirib: “Türkiyənin təqdim etdiyi imkanlar artıq ticarət rotasını Avropa İttifaqından (Aİ) çəkən İngiltərə üçün böyük bir potensial yaradır. Ölkənin coğrafi mövqeyi, xüsusilə Orta Şərq, Şimali Afrika (MENA) və Orta Asiya bölgələrində ticarət əlaqələrini inkişaf etdirmək istəyən İngiltərə firmaları üçün giriş qapısı xüsusiyyətini daşıyır.

  Son illər Türkiyənin istehsalla bağlı Asiya və Uzaq Şərq bazarında rəqabətçi olması ona diqqəti daha da artırır.

  Dəniz, hava və quru yolları nəqliyyatında asan bir ölkə olması və mərkəz funksiyası daşıması İngiltərə sərmayəçilərinin Türkiyəni seçməsinə səbəblərdən biridir.  

  Keyfiyyətli işçilik, savadlı mütəxəssilər, asan ticarət imkanları isə bu ölkəni daha cazibədar edir.”



Әlaqәli Xәbәrlәr