"İran və Aİ arasında xüsusi ödəmə mexanizminə dair yekun razılaşma əldə olundu", M.C.Zərif

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı (Aİ) tərəfindən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tehrana sanksiyalarına qarşı hazırlanan xüsusi ödəmə mexanizminə dair yekun razılaşmanın əldə olunduğunu açıqlayıb.

1101130

  İranlı Tələbələr İnformasiya Agentliyi – İSNA-da yazılana görə, paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında M.C.Zərif Aİ-nin hazırladığı xüsusi ödəmə mexanizmi ilə bağlı məlumat verərək deyib:

  “Ötən həftə Brüssel və Cenevrədə Avropa İttifaqı rəsmilərilə danışıqlar zamanı xüsusi ödəmə mexanizminə dair yekun razılaşma əldə olundu. Ayrıntılar yoluna qoyulduqdan sonra açıqlanacaq.”

  Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın "İranla ticarət edən şirkətlər ABŞ-la etməyəcək" təhdidi qarşısında Aİ ölkələri şirkətlərini İran bazarında saxlamaq üçün sürətli bir şəkildə xüsusi ödəmə mexanizmi yaradıb, amma bu, hələ həyata keçirilməyib. Xüsusi ödəmə mexanizmi həm Avropa şirkətləri, həm də İranı sanksiyalardan azad edərək ABŞ-ın may ayında birtərəfli çəkildiyi 2015-ci il tarixli nüvə müqaviləsindən qorumağı nəzərdə tutur.

Әlaqәli Xәbәrlәr