İtaliya Ticarət Palatasının prezidenti: "Türkiyədə biznes fəaliyyəti üçün fürsətlər var"

İtaliya Ticarət Palatasının prezidenti Livio Manzini Türkiyədə bütün xarici sərmayədarlar üçün yaxşı imkanların olduğunu bildirdi.

1187964

 Manzini Anadolu Xəbər Agentliyinin Türkiyə və İtaliya arasındakı ticari əlaqələrə dair suallarını cavablandırıdı.
 
 Türkiyənin sənayeləşmə yolunda sıçrayışla irəlilədiyini vurğulayan Manzini Türkiyə firmalarının İtaliyada sərmayələrini artırdıqlarını qeyd etdi.
 
 Türkiyədə də bütün xarici sərmayədarlar üçün yaxşı imkanların olduğunun vurğulayan Manzini: "Türkiyədə son dərəcə əhəmiyyətli bir daxili bazar var. Ölkə 80 milyon əhalisi ilə istehlak üçün böyük bir potensialdır. Türkiyə bir çox mənada bəlli bir regionun ən böyük aktyorudur. Buna görə də bu regiona ixrac və biznes fəaliyyəti göstərmək kimi fürsətlər yaranır" dedi.
 
 Türkiyədə firmaların kiçik və orta sahibkarlara faydalı olduğunu bildirən Manzini bunun birgə iş aparmaq imkanları yaratdığını vurğuladı.
 
 Manzini Türkiyə ilə Avropa İttifaqı arasında  Gömrük Birliyi müqaviləsinin modernləşdirilməsinin hər iki tərəfə də faydalı olacağını ifadə etdi.

Әlaqәli Xәbәrlәr