Kənd təsərrüfatı torpaqlarını satarsa, Ukraynaya borc veriləcək

Qeyd edək ki, Ukraynada 2001-ci ildən bəri kənd təsərrüfatı torpaqlarının satışı qadağan edilmişdi.

1388324
Kənd təsərrüfatı torpaqlarını satarsa, Ukraynaya borc veriləcək

 

  Ukrayna parlamenti tərəfindən Beynəlxalq Valyuta Fondunun (İMF) ölkəyə borc verməsi üçün kənd təsərrüfatı torpaqlarının satışını nəzərdə tutan qanun layihəsi qəbul edildi. Layihə 259 deputatın səsverməsi ilə təsdiqləndi. Buna əsasən, yalnız Ukrayna vətəndaşı olanlara 2021-ci il 1 iyul tarixindən 100 hektaradək kənd təsərrüfatı ərazilərini almaq imkanı verildi. Hüquqi şəxslər isə 1 yanvar 2024-cü il tarixindən 10.000 hektar sahə ala biləcəklər.

  Qeyd edək ki, Ukraynada 2001-ci ildən bəri kənd təsərrüfatı torpaqlarının satışı qadağan edilmişdi.

  İMF ilə 2015-ci ildə əldə edilən razılaşma çərçivəsində Ukraynaya 17,5 milyard dollar kredit verildi və kənd təsərrüfatı torpaqlarının satışının sərbəst buraxılması istəmişdi.



Әlaqәli Xәbәrlәr