Lütfi Elvan: "İnflyasiya hədəfindən əsla yayınmayacağıq"

Xəzinə və maliyyə naziri Lütfi Elvan qısamüddətli qazanclar naminə inflyasiya hədəfindən əsla yayınmayacaqlarını bildirib.

1660647
Lütfi Elvan: "İnflyasiya hədəfindən əsla yayınmayacağıq"

Xəzinə və maliyyə naziri Lütfi Elvan qısamüddətli qazanclar naminə inflyasiya hədəfindən əsla yayınmayacaqlarını bildirib.

Elvan Bursa şəhərində qatıldığı yığıncaqda etdiyi çıxışda qlobal epidemiyanın ictimai, iqtisadi və sosial sahədə bir çox problemə səbəb olduğunu və dünya iqtisadiyyatının bəlkə də son 100 ilin ən ağır daralmasını yaşadığını söyləyib.

Türkiyənin belə çətin bir mübarizədən uğurla keçdiyini izah edən Elvan atılan addımların dəstəyilə Türkiyənin 2020-ci ili böyümə ilə başa vurduğunu qeyd edib. 

İnflyasiyaya qarşı mübarizənin bütün iqtisadi siyasətlərin mərkəzində olduğunu vurğulayan Elvan "Pul, maliyyə, iqtisadi sektor və mvcud siyasətimiz bir arada ahəng içində hərəkət edir. Qısamüddətli qazanclar naminə heç vaxt inflyasiya hədəfimizdən yayınmayacağıq. İnflyasiya ilə mübarizədə proqnozların nə qədər kritik rol oynadığını bilirik. Qətiyyətli mövqeyimiz və həyata keçirilən siyasətlər inflyasiyadakı yuxarı yönlü gözləntilərin aradan qalıdırılmasında rol oynacaq" deyib.



Әlaqәli Xәbәrlәr