Mələk investorlar İstanbulda

Dünya Mələk İnvestisiya Forumu İstanbulda.

1146945
Mələk investorlar İstanbulda

  Dünyanın ən böyük erkən mərhələ sərmayə və investisiya bazarları birliyinin milyardlarla dollarlıq fondlarını idarə edən mələk sərmayəçiləri 18 fevralda İstanbulda Dünya Mələk İnvestisiya Forumunda (World Business Angels İnvestment Forum - WBAF) bir araya gələcək.

  Fevralın 18-19 tarixlərində olacaq forumda yüzlərlə mələk investoru, 80 ölkədən mindən çox nümayəndə iştirak edəcək.

  Tədbirdə dünya mələk sərmayədarlığı, kütləvi fondlama mexanizmləri və yeni qlobal iqtisadiyyatda mələk investisiyasının yayılması mövzuları mütəxəssislər tərəfindən müzakirə olunacaq.

  Forumda dünyanın qabaqcıl birja nümayəndələri, varlıq fondu idarəçiləri, ortaq investisiya fondlarının nümayəndələri, sərvət idarəetmə mütəxəssisləri, özəl bank təmsilçiləri, 100 milyon dollardan yuxarı maliyyəsi olan şirkətlərin beynəlxalq idarəçiləri (CEO) və 20 ölkədən nazir səviyyəsində qonaqların iştirakı gözlənilir.

  Qeyd edək ki, mələk investor - hələ yolun başında olan (start-up) bir işə investisiya qoyan, müəssisələrin böyümə və inkişafı üçün sərmayə təmin edən adama deyilir.



Әlaqәli Xәbәrlәr