Maliyyə naziri 2020-ci ildə böyümə hədəfinin 5% olduğunu bildirdi

Xəzinə və Maliyyə naziri Berat Albayrak, Türkiyənin 2019-ci ili müsbət bir büyümeyle geridə buraxdığını bildirib.

1344108
Maliyyə naziri 2020-ci ildə böyümə hədəfinin 5% olduğunu bildirdi

Albayrak İstanbulda təşkil edilən “2019-cu ilini Qiymətləndirmə Yığıncağında” çıxış edib.

Nazir 2019-un müsbət böyümə ilə geridə qaldığını bildirib və Türkiyənin 5% böyümə hədəfinə çatmaq uğrunda lazımlı addımları atmaqda davam edəcəyini qeyd edib. 2020-ci ildə inflyasiya nisbətinin 10 faizin altına enəcəyini ifadə edən Nazir büdcə intizamından güzəştə gedilməyəcəyini, işsizlik nisbətinin aşağı salınacağını vurğulayıb.

Növbədən kənar seçkilərin gündəmdə olmadığına diqqət çəkən Albayrak valyuta məzənnəsində sabitliyin hökm sürdüyünü, Türk lirəsinə etimad edənlərin qazandığını qeyd edib. Kanal İstanbul layihəsinin maliyyələşdirilməsinə dair problem olmadığını xatırladıb və bunun büdcəyə mənfi təsirinin olmayacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr