Nəfəs cihazları və onların istehlak materialları İxrac Malları Siyahısından çıxarıldı

Türkiyə Ticarət Nazirliyinin “Qadağan edilən və icazə verilən mallar” üzrə qərarına dəyişikliyə dair bildirim “Resmi Gazete”də dərc olunub və qüvvəyə minib

1409360
Nəfəs cihazları və onların istehlak materialları İxrac Malları Siyahısından çıxarıldı

 

  Nəfəs cihazları və onların istehlak materialları ixrac malları siyahısından çıxarıldı.

  Türkiyə Ticarət Nazirliyinin “Qadağan edilən və icazə verilən mallar” üzrə qərarına dəyişikliyə dair bildirim “Resmi Gazete”də dərc olunub və qüvvəyə minib. Belə ki, Tibbi Cihazlar İdarəsi daxilində bazara çıxarılan ventilyator və hissələri, oksigen cihazları, xəstə çərçivələri, kanul (cannula), intubasiya balonları və reanimasiya monitorlarının ixracatında Türkiyə Dərman və Tibbi Cihaz İdarəsindən icazə alınması tətbiqinə son qoyuldu. Artıq etil spirti, odekolon, dezinfeksiyaedici və hidrogen peroksid də qeydiyyatdan keçmədən və icazəsi alınmadan ixrac edilə bilər.

  Qeyd edək ki, bundan əvvəl əhalinin sağlamlığı və tibbi xidmətin yeni növ korona virusuna (Covid-19) qarşı qorunması baxımından vacib olan tənəffüs cihazları və tibbi istehlak materiallarının ixracı əlaqədar idarə tərəfindən təsdiqlənməli idi.



Әlaqәli Xәbәrlәr