“Nəhəng qatar”ın yükü Bakı Beynəlxalq Dəniz Ticarət Limanına boşaldılıb

Türkiyədən Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistana gedən ixrac məhsulları ilə dolu 940 metrlik qatardakı 82 konteyner Bakının Ələt limanından Xəzər dənizinə buraxılıb.

1406854

Aprelin 18-də Qarsdan yola düşən “nəhəng qatar”ın yükü, Azərbaycanın paytaxtı Bakıdan 70 km məsafədə yerləşən Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına boşaldılıb.

Konteynerlərdən 20-si Azərbaycanda qalıb, 24-ü isə Qazaxıstana məxsus “Türküstan” yük gəmisinə yüklənərək Aktau limanına doğru hərəkət edib. Konteynerlərdən 30-u Türkmənistanın Türkmənbaşı, 8-i Qazaxıstanın Kurik Limanına göndəriləcək.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində işləyən ən uzun qatarla təmizləyici materiallardan tutmuş avtomobil sənayesi məhsullarına qədər bir çox materiallar daşınırdı. Bütün proseslər insan əli dəymədən və intensiv dezinfeksiya qaydalarına uyğun həyata keçirilib.

Әlaqәli Xәbәrlәr