Qətər və Almaniyadan İzmir şəhərinə birbaşa reyslər

Qətər və Almaniyadan İzmir şəhərinə birbaşa reyslərə başlanacaq.

1185907
Qətər və Almaniyadan İzmir şəhərinə birbaşa reyslər

Qətər və Almaniyadan İzmir şəhərinə birbaşa reyslərə başlanacaq.

İzmir İcra Hakimiyyəti İnvestisiya Monitorinq və Koordinasiya Rəhbərliyi Strategiya və Koordinasiya direktoru Məmməd Ensarioğlu bildirib ki, İzmir əhalisi və təbii gözəlliyilə ölkəmizdə sərmayə qoyula biləcək ən cazibədar nöqtə olması, tarixi, kulinariyası, 365 günün 300 günündən artıq zamanda çox rahat hərəkət edə bilməsi münasibətilə birbaşa uçuşlara haq qazanır. Şəhərimizə daha çox sahibkarın, turistin, ticarət agentinin gəlməsi həm vilayətimizin, ümumi mənada isə ölkəmizin mənfəətinədir.

Corendon Hava Yollarının kommunikasiya üzrə direktoru Tuğba Özkan Günər, 1 iyundan tutmuş İzmir və Almaniyanın bir çox şəhəri arasında birbaşa uçuşlara başlayacaqlarını bildirib:

“İzmir çox əhəmiyyət verdiyimiz bir şəhərdir. Avropadan daha çox şəhəri İzmirə irbibatlandırmağı hədəf götürmüşük”.

Qətər Hava Yolları Türkiyə satış müdiri Evren Ökmən isə Türkiyədəki yeni uçuş nöqtəsi olan İzmir səfərləri üçün başlanış tarixini 23 may kimi nəzərdə tutduqlarını ifadə edərək, reyslərin Doha və İzmir arasında olacağını söyləyib.



Әlaqәli Xәbәrlәr