Qırğızıstan-Türkiyə İş Forumu Bişkekdə keçirildi

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov Türkiyənin Qırğızıstana ölkənin müstəqilliyə qovuşduğu gündən bəridir 600 milyon dollar məbləğində sərmayə qoyduğunu ifadə etdi.

1275362
Qırğızıstan-Türkiyə İş Forumu Bişkekdə keçirildi

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov Türkiyənin Qırğızıstana ölkənin müstəqilliyə qovuşduğu gündən bəridir 600 milyon dollar məbləğində sərmayə qoyduğunu ifadə etdi.

Türkiyədən iş adamının Bişkekdə tikdiyi oteldə keçirilən Qırğızıstan-Türkiyə İş Forumunda Qırğızıstandan nazirlər və millət vəkilləri, Türkiyədən mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Dünya Etnospor Konfederasiyasının başçısı Bilal Ərdoğan və iki ölkənin iş adamları qatıldı.

Jeenbekov burada etdiyi çıxışda "Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə iki ölkənin ticarət həcmini indiki 400 milyon dollardan 1 milyard dollara qədər artırmaq imkanlarını müzakirə etdik. Bunun üçün bu hədəfə doğru addım atmalıyıq" dedi.

Jeenbekov türk investorlarını Qırğızıstanda nəqliyyat, enerji, rabitə texnologiyaları və turizm sektoruna investisiya qoymağa dəvət etdi.

"Türk iş adamlarını sərmayə qoymağa dəvət edirəm. Türk tərəfdaşlarımıza bütün qapılar hər zaman açıqdır. Türk tərəfdaşlarımızla çoxtərəfli şəkildə əməkdaşlığımızı gücləndirmək istəyirik" dedi.

Sooronbay Ceenbekov Qırğızıstanın ətini, istehsal edilən bal, qoz, quru paxla və qurudulmuş meyvə növlərini Türkiyə bazarında görmək istədiklərini ifadə etdi.

Jeenbekov Qırğızıstanda sərmayə qoymaq üçün şərtlərin asanlaşdırıldığını bildirdi.

"Qırğızıstanda yeni bir iş qeydiyyatı 3 gündə reallaşa bilər. Yeni şirkətlər 3 il müddətində vergilərdən azad edilir. Əlavə vergi 12 faiz, qazanc vergisi və gəlir vergisi isə 10 faizdir. Texnologiya idxal edən şirkətlər gömrük rüsumundan azad edilir" dedi.

Gələcək ay prezident Ərdoğanla Azərbaycanda görüş keçirəcəklərini söyləyən Jeenbekov bu görüşü səbrsizliklə gözlədiyini söylədi.



Әlaqәli Xәbәrlәr