Qızılbalıq ixracında artım qeydə alınıb

2021-ci ilin Yanvar ayında 23 ölkəyə 3 min 980 ton qızılbalıq ixrac edilib.

1589849
Qızılbalıq ixracında artım qeydə alınıb

Şərqi Qara Dəniz İxracatçıları Birliyinin məlumatına görə Qara dəniz qızılbalığı ixracı 2020-ci ilin müvafiq dövrünə müqayisədə 87% artıb. Bildirilib ki, cari ilin ilk ayında qızılbalıq ixracından 19 milyon 811 min 819 dollar gəlir əldə edilib.

Qızılbalıq ixrac edilən ölkələr arasında Rusiya 11 milyon 658 min 150 dollarla ilk sırada qərarlaşıb. Bu ölkəni 5 milyon 148 min 575 dollarla Almaniya və 1 milyon 151 min 726 dollarla Vyetnam izləyib. Belarusiya, Azərbaycan-Naxçıvan, İsrail və İordaniya da qızılbalıq ixrac edilən ölkələr arasında yer tutub.



Әlaqәli Xәbәrlәr