Rusiya Mərkəzi Bankı faizi dəyişdirmədi

Rusiya Mərkəzi Bankı ölkədəki inflyasiya riskinin davam etməsi səbəbindən faizi 7,75 səviyyəsində saxlamaq qərarına gəldi.

1141538
Rusiya Mərkəzi Bankı faizi dəyişdirmədi


 Rusiya Mərkəzi Bankından verilən məlumatda ölkədəki əlavə dəyər vergisi (ƏDV) miqdarının artırılması, inflyasiya riskinin davam etməsi səbəbindən siyasət faizi dərəcəsinin sabit tutulmasına qərar verildiyi bildirildi.
 
 Xarici risklərin gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin də davam etdiyinə diqqət çəkilən məlumatda 2019-cu ildə Rusiya iqtisadiyyatında artımın 1,2 -1,7 % olaraq nəzərdə tutulduğu qeyd edildi.
 
 Məlumatda neft qiymətlərindəki sabitliyə baxmayaraq, 2019-cu ildə qlobal neft təminatının tələbatdan çox olması riskinin isə yüksək səviyyədə davam etdiyinə işarə edildi.
 
 Rusiyada hökumət büdcə üzərindəki təzyiqin azaldılması məqsədilə ölkədəki əlavə dəyər vergisi (ƏDV) nisbətini 18%-dən 20%-ə çıxarmışdı.
 
 2015-ci ilin əvvəlindən bu yana faiz nibətlərini 17 % səviyyəsindən mərhələli olaraq endirən Rusiya Mərkəz Bankı 2018-ci ilin martında siyasət faiz dərəcəsini  7,25-ə salmışdı.



Әlaqәli Xәbәrlәr