Rusiyanın neft gəliri azaldı

Rusiyanın neft ixracı ilin 9 ayında keçin ilin müvafiq dövrünə müqayisədə 3,3% faiz artıb, baxmayaraq gəliri 4 faiz azalıb.

1304279
Rusiyanın neft gəliri azaldı

Rusiya Federal Gömrük Xidmətinin hesabatına görə yanvar-sentyabr aylarında ölkənin neft ixracı 3,3 faiz artaraq 197,6 milyon tona çatdı. İxrac həcminin artmasına baxmayaraq, beynəlxalq bazarlarda neftin ucuzlaşması gəlirin azalmasına səbəb oldu. Beləcə Rusiyanın neft ixracından əldə etdiyi gəlir 2018-ci ilin müvafiq dövrünə müqayisədə 4 faiz azalaraq 90.4 milyard dollar oldu.

Hesabatda əks edən məlumata görə Rusiyanın kömür ixracı 4,9 faiz artaraq 153.5 milyon tona çatdı. Bu məhsulun ixracından 12.3 milyard dollar gəlir əldə edildi.

Xatırladaq ki, Rusiya ötən il 129 milyard dollarlıq neft ixrac etmişdi.



Әlaqәli Xәbәrlәr