Sənaye sektoru ixrnacında rekord artım qeydə alınıb

Türkiyə sənaye sektoru keçən ay 16 milyard dolları keçən ixrac həcmi ilə bütün zamanların ən yüksək aylıq ixracını reallaşdırıb.

1743564
Sənaye sektoru ixrnacında rekord artım qeydə alınıb

Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatına görə Türkiyənin ixrac həcmi ötən ay 2020-ci ilin müvafiq dövrünə müqayisədə 33,4% artaraq 21 milyard 468,5 milyon dollara çatıb. Türk sənaye sektoru ixrac həcmi də noyabr ayında bir əvvəlki ilin müvafiq dövrünə müqayisədə 33,9% artıraraq 16 milyard 297,2 milyon dollar olub. Ötən ay sənaye ixracı ümumi ixracın 75,9%-nu təşkil edib. Sənaye ilə əlaqəli sektorlar arasında keçən ay ən yüksək ixracı 2 milyard 530,3 milyon dollarla avtomobil sənayesi həyata keçirib. Bunu 2 milyard 397,4 milyon dollarla avtomobil sənayesi, kimya və məmulatları, 2 milyard 48,3 milyon dollarla polad, 1 milyard 733,3 milyon dollarla hazır geyim, 1 milyard 282,8 milyon dollarla zərgərlik, 1 milyard 275,2 milyon dollarla elektrik və elektronika məhsulları izləyib.



Әlaqәli Xәbәrlәr