Şərqi Aralıq dənizi Qaz Forumu keçirildi

Misirin Neft Nazirliyinin məlumatına görə...

1420922
Şərqi Aralıq dənizi Qaz Forumu keçirildi

 

  Misirin təşkilatçılığı ilə Şərqi Aralıq dənizi Qaz Forumu çərçivəsində işçi qrupun virtual iclası keçirilib. Cənubi Kipr, Yunanıstan, İtaliya, İsrail, İordaniya və Fələstin, habelə Avropa İttifaqı və Dünya Bankı nümayəndələrinin iştirak etdikləri tədbirdə korona virusu pandemiyası dövründə təbii qaz bazarında vəziyyət müzakirə edilib.

  Misirin Neft Nazirliyinin məlumatına görə, iclasda qaz sənayesində texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Növbəti 7-ci Şərqi Aralıq dənizi Qaz Forumunun bu ilin ikinci yarısında keçirilməsi qərara alınıb.

  Qeyd edək ki, yeddi ölkənin iştirak etdiyi Şərqi Aralıq dənizi Qaz Forumu 2020-ci il yanvarın 16-da təsis edilib və mərkəzi qərargahı Qahirədə yerləşir.



Әlaqәli Xәbәrlәr