"SOCAR Turkey" gələn il İzmirdə daha bir neft-kimya kompleksinin tikintisinə başlaya bilər

“SOCAR Turkey” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin tikintisinə ("Merkuri" layihəsi) 2020-ci ildə start verilə bilər.

1285851

 Bunu Əliağada yerləşən "Petkim" neft kompleksinin rəhbəri Anar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda layihə üzrə texniki sənədləşmə prosesi aparılır və nəticələr müsbət oldu]u halda, 2020-ci il ərzində (I rübündə) son maliyyə qərarı veriləcək və tikinti işlərinə başlanılacaq.

"Yeni müəssisənin tikintisi 5 ilə yaxın vaxtı əhatə edə bilər və kompleks 2024-2025-ci illərdə istifadəyə verilə bilər", - deyə A. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, layihə “SOCAR Turkey” və BP şirkətləri tərəfindən birgə həyata keçiriləcək. "Petkim" yeni kompleksdə səhmdar qismində çıxış edəcək.

Qeyd edək ki, kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.

Mənbə: apa.az

Әlaqәli Xәbәrlәr