TAİB - Azərbaycan və Türkiyə iş dünyasına yeni baxış

Yaxınlarda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) ev sahibliyilə Vadistanbul Radisson Blu Hoteldə Azərbaycan və Türkiyə iş adamlarının iştirak etdiyi tanışlıq görüşü gerçəkləşdi.

1188017
TAİB - Azərbaycan və Türkiyə iş dünyasına yeni baxış
Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi - TAİB_03_Mehdi Nağıyev.JPG
Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi - TAİB_04.JPG
Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi - TAİB..JPG

  Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi - TAİB iki ölkə arasındakı bağları iqtisadi baxımdan daha da gücləndirmək üçün iş dünyasına yeni bir baxış sərgiləyir.

  Yaxınlarda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) ev sahibliyilə Vadistanbul Radisson Blu Hoteldə Azərbaycan və Türkiyə iş adamlarının iştirak etdiyi tanışlıq görüşü gerçəkləşdi və tədbirdə hər iki ölkənin yeni biznes və investisiya imkanları müzakirə olundu.

  Tanışlıq görüşündə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi idarə heyətinin sədri Mehdi Nağıyev, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisi Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, millət vəkili Şamil Ayrım, Azərbaycan Respublikası Diasporla İş üzrə dövlət komitəsinin sədri Fuad Muradov, Türkiyə Prezident Aparatı maliyyə ofisinin rəhbəri Göksel Aşan çıxış etdilər.

  TAİB İdarə Heyətinin sədri Mehdi Nağıyev hər iki ölkə arasında yeni investisiyaların yolunu açmaq üçün yeni fəaliyyətlərin sürətləndiyini bildirərək dedi:

  “Ən böyük hədəfimiz Azərbaycan və Türkiyə iqtisadiyyatlarını gücləndirməyə töhfə verməkdir. Türkiyədə azərbaycanlı iş adamları, Azərbaycanda isə Türkiyə biznesmenləri fəaliyyətlərini artırır və genişləndirir. İki ölkənin bir-birinə güclü bağlarına arxalanaraq 2018-ci ildən bu yana fəaliyyətimizə yeni bir təkan verdik.

  Bursadan Konyaya hər yerdə səmərəli görüşlər keçirir, birliyimizi gücləndiririk. Fəaliyyətimizi Türkiyənin müxtəlif bölgələrində nümayəndəliklər açaraq genişləndirmək istəyirik. Azərbaycanlı iş adamlarımızın güvənəcəyi güclü bir təşkilat olaraq üzvlərimizin biznes dünyasında rəqabət üstünlüyünə dəstək olmağa çalışırıq.

  Beləliklə, yeni investisiya və əməkdaşlıq əlaqələri hər iki ölkənin iqtisadiyyatına öz faydasını göstərəcək."

  Çıxışlardan sonra TAİB-in üzvlərinə sertifikatlar verildi, canlı musiqi ifaları səsləndi və Azərbaycan milli rəqsləri oynanıldı.

  Qeyd edək ki, 2012-ci ildə 16 şirkət və iş adamının iştirakı ilə qurulan Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi – TAİB üzvlərinin fəaliyyətlərini daha da inkişaf etdirmək, iki ölkənin biznesmenləri arasında mövcud və yeni əlaqələri gücləndirməklə yeni imkan və investisiyalara dəstək olmaq məqsədilə yaranıb. Hal-hazırda birliyin 100-ə yaxın üzvü var.



Әlaqәli Xәbәrlәr