Türkiyə "Bərpa olunan enerjiyə ən çox xarici sərmayə cəlb edən ölkələr" siyahısında neçəncidir?

“Financial Times” tərəfindən dərc olunan və xarici sərmayələri qlobal miqyasda izləməklə investorlara ən son məlumatlar verən “fDi Magazine” jurnalı "Avropada 2020-ci ildə bərpa olunan enerji investisiya bölgələri" araşdırmasının nəticələrini açıqlayıb

1416544
Türkiyə "Bərpa olunan enerjiyə ən çox xarici sərmayə cəlb edən ölkələr" siyahısında neçəncidir?

 

  Yenilənəbilən enerji sahəsində 19 birbaşa investisiya layihəsi ilə Türkiyə "Bərpa olunan enerjiyə ən çox xarici sərmayə cəlb edən ölkələr" siyahısında Avropada 7-ci sıradadır.

  “Financial Times” tərəfindən dərc olunan və xarici sərmayələri qlobal miqyasda izləməklə investorlara ən son məlumatlar verən “fDi Magazine” jurnalı "Avropada 2020-ci ildə bərpa olunan enerji investisiya bölgələri" araşdırmasının nəticələrini açıqlayıb. Yenilənəbilən enerji sahəsində aparıcı ölkələr iki kateqoriyada qiymətləndirilib: xarici investisiya layihələrinin sayı və əhaliyə nisbətdə bərpa olunan enerjiyə sərmayə miqdarı.

  Avropada 2016-2019-cu illərdə bərpa olunan enerji sektoruna birbaşa xarici investisiya məlumatları araşdırmasında ən az 5 xarici investisiya layihəsi qəbul etmiş ölkələr nəzərə alınıb. Türkiyə 20 ölkə arasında yenilənəbilən enerji sahəsində 19 birbaşa xarici investisiya layihəsi ilə "Bərpa olunan enerjiyə ən çox xarici sərmayə cəlb edən ölkələr" siyahısında 7-ci olub. Siyahının ilk sıralarında İngiltərə, İspaniya və Fransa gəlir.

  Əhali sayına görə investisiyalarda isə Bosniya Herseqovina, Finlandiya və Serbiya əsas yerləri tutur.



Әlaqәli Xәbәrlәr