“Türkiyə böhran zamanı belə investor üçün etibarlı limandır”, F.Oqtay

Prezident Aparatından videokonfrans yolu ilə qatıldığı Amerika Şirkətlər Birliyinin (AmCham Türkiyə/ABFT) İdarə Heyətinin iclasında çıxış edən F.Oqtay deyib...

1413729
“Türkiyə böhran zamanı belə investor üçün etibarlı limandır”, F.Oqtay

 

  Türkiyənin vitse-prezidenti Fuad Oktay: “Türkiyə böhran zamanı belə investor üçün etibarlı limandır”, - dedi.

  Prezident Aparatından videokonfrans yolu ilə qatıldığı Amerika Şirkətlər Birliyinin (AmCham Türkiyə/ABFT) İdarə Heyətinin iclasında çıxış edən F.Oqtay deyib: “Bütün dünyaya təsir edən korona virusu (Covid-19) səbəbindən qeyri-müəyyənlik yüksək həddinə çatdı. Epidemiya qlobal iqtisadiyyata ciddi sarsıntılar yaşatdı. Təminat zəncirlərində xammal, ara məhsul və xidmətlərin tədarükündə qlobal çətinliklər bundan sonrakı ticarət əlaqələri və sərmayələrin əvvəlki kimi olmayacağını göstərdi. Dəyişməyəcək gerçək isə Türkiyənin sahib olduğu güclü istehsal infrastrukturu, dinamik iş qüvvəsi və bazar imkanlarıyla böhran mühitində belə investor üçün etibarlı liman olmasıdır. Dünyanın böyük şirkətləri bu istiqamətdə istehsal mərkəzlərini yenidən şəkilləndirməyə başlayıblar. Bu mövzuda diqqət çəkən Türkiyə bir çox sektorda istehsal və sərmayə mərkəzi olmaq gücünə malikdir."



Әlaqәli Xәbәrlәr