Türkiyədən 8 ayda 10 milyon 772 min 705 dollarlıq çay ixrac edilib

Türkiyədən yanvar-avqust ayları arasında 10 milyon 772 min 705 dollarlıq çay ixrac edilib.

1493931
Türkiyədən 8 ayda 10 milyon 772 min 705 dollarlıq çay ixrac edilib

Türkiyədən yanvar-avqust ayları arasında 10 milyon 772 min 705 dollarlıq çay ixrac edilib.
Şərqi Qaradəniz İxracatçıları Birliyinin məlumatına görə, Türkiyə ilin 8 ayında etibarən 2 min 753 ton çay ixracından 10 milyon 772 min 705 dollar qazanıb.
Bu dövrdə mərkəzi qərargahı Rize şəhərində yerləşən şirkətlər 1887 ton çay ixracı müqabilində 6 milyon 235 min 210 dolların ölkəyə daxil olmasını təmin etdilər.
Beləliklə, Rize ölkənin ümumi çay ixracının 69 faizini, pul qarşılığı olaraq isə 58 faizini reallaşdırıb.  
Sözügedən dövrdə şəhərdən çay ixracı keçən ilin mavafiq dövrü ilə müqayisədə 23 faiz, dəyər olaraq 57 faiz artırıb. Rizədən çay ixrac edilən ölkələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 artaraq 28-ə çıxıb.
Çay satışının ən yüksək olduğu ölkələr Belçika, ABŞ, Hollandiya, Səudiyyə Ərəbistanı və Şimali Kıbrıs Türk Cumhuriyyətidir.



Әlaqәli Xәbәrlәr