Türkiyə ilə İndoneziya arasında sərbəst ticarət sahəsi qurulacaq

Ticarət naziri Ruhsar Pekcan İndoneziya Virtual Ümumi Ticarət Heyəti proqramında video konfrans vasitəsilə iştirak edib.

1528751
Türkiyə ilə İndoneziya arasında sərbəst ticarət sahəsi qurulacaq

Türkiyənin məhsulları ilə dünyanın hər bazarında olmaq haqqıdır.
Bunu Ticarət naziri Ruhsar Pekcan İndoneziya Virtual Ümumi Ticarət Heyəti proqramında video konfrans vasitəsilə iştirakı zamanı deyib. 
Nazir Pekcan "İstehsalımıza, ixracat potensialımıza, rəqabət qabiliyyətimizə, iş adamlarımızın dinamikliyinə və çətinliklərlə mübarizəsinə güvənirik" deyib.
Tədbirdə maşın, metal, kimya və qida kimi müxtəlif sahələrdən işrikatın olmasının sevindirici olduğunu bildirən Pekcan İndoneziya ilə ikitərəfli ticarəti daha  tarazlı və davamlı etmək üçün müzakirələri davam edən Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (KEOA) yekunlaşdırılmasına böyük əhəmiyyət verdiklərini dilə gətirib.
Pekcan Türkiyə ilə İndoneziya arasında sərbəst ticarət sahəsi quracaq bu sazişin müzakirələrinə "Covid-19" infeksiyası dövründə virtual şəraitdə davem etdiklərini söyləyib. 



Әlaqәli Xәbәrlәr