Türkiyə ilə Liviya arasında gəmi səfərləri bərpa edilib

Türkiyə ilə Liviya arasında kruiz gəmisi səfərləri 25 ildən sonra bərpa edilib.

1742193
Türkiyə ilə Liviya arasında gəmi səfərləri bərpa edilib

Türkiyə ilə Liviya arasında kruiz gəmisi səfərləri 25 ildən sonra bərpa edilib.
 Səfərlər həmçinin yük və nəqliyyat vasitələrinin daşınmasına imkan yaradacaq.

Liviyanın Misrata şəhəri ilə İzmir arasında iki ayrı gəmi ilə həyata keçiriləcək sınaq səfərlərində yük və sərnişinlərlə yanaşı nəqliyyat vasitələri də daşınacaq. Həftədə bir dəfə reallaşacaq Türkiyə-Liviya xəttində səyahət 2 gün davam edəcək.

Bu çərçivədə Liviyanın Misrata şəhərində iki ölkə rəsmilərinin iştirakı ilə keçirilən mərasimlə ilk gəmi Türkiyəyə yola salınıb.



Әlaqәli Xәbәrlәr